“Qəbələ”nin sabiq baş məşqçisinin kitabının təqdimatı olacaq
Futbol
- 01 noyabr, 2018
- 15:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 noyabr. REPORT.AZ/ “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin “Lokomotiv. Kürsüyə qayıdış” kitabının təqdimatı olacaq.
“Report” xəbər verir ki, mərasim noyabrın 8-də Rusiyanın paytaxtı Moskvadakı “Oxu-şəhər” mağazasında baş tutacaq.
Hazırda “Lokomotiv”ə rəhbərlik edən 71 yaşlı mütəxəssis tədbirdə həyatı və futbol karyerası barədə danışacaq, sualları cavablandırıb, avtoqraf verəcək.
Qeyd edək ki, “Lokomotiv” 2017/2018 mövsümündə Rusiya Premyer Liqasının qalibi olub. Y.Syominin baş məşqçisi olduğu kollektiv 14 ildən sonra bu uğuru təkrarlaya bilib. Rusiyalı mütəxəssis 2013/2014 mövsümündə “Qəbələ”də çalışıb və Azərbaycan çempionatının bürünc medalını qazanmaqla yanaşı, ölkə kubokunun finalçısı olub.
Son xəbərlər
02:57
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
Digər ölkələr
02:23
"Barselona" La Liqanın XII turunda "Atletiko"nu məğlub edib
Futbol
01:44
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb
Digər ölkələr
01:22
Almaniyada 800 illik qəsr 1 avroya satışa çıxarılıb
Digər ölkələr
00:54
Rusiya səfiri: Moskva Yerevanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazırdır
Region
00:30
Foto
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
00:01
Video
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Daxili siyasət
00:00
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Daxili siyasət
23:57
Braziliyada avtomobilin gölə düşməsi nəticəsində on nəfər ölüb
Digər ölkələr