"Qəbələ"nin hazırlıq planı açıqlandı
Futbol
- 28 dekabr, 2020
- 10:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qəbələ” komandasının qış hazırlıq planı müəyyənləşib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” Azərbaycan Premyer Liqası və kubokunun 2021-ci ildə keçiriləcək oyunlarının hazırlığına yanvarın 5-də start verəcək.
Elmar Baxşıyevin baş məşqçilik etdiyi komanda məşqlərini Bakıda gerçəkləşdirəcək. “Qəbələ” toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Bölgə təmsilçisi yanvarın 10-da “Neftçi” ilə üz-üzə gələcək. 4 gün sonra baş tutacaq matçdakı rəqib “Sumqayıt” olacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında qış fasiləsi yanvarın 21-də başa çatacaq. “Qırmızı-qaralar” XIV turun matçında səfərdə “Zirə” ilə qarşılaşacaq.
Son xəbərlər
04:20
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
Digər ölkələr
04:06
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
Digər ölkələr
03:42
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb
Digər ölkələr
03:21
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
Region
03:17
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
Digər ölkələr
02:41
Ukrayna Prezidenti: Rusiya Əbu-Dabi danışıqlarında Donbasdakı vəziyyəti təhrif edib
Digər ölkələr
02:39
Yunanıstanda sualtı elektrik xətti tikiləcək
Digər ölkələr
02:29
Serbiyanın Atəşkəs Günündə altı topdan on yaylım atəşi açılıb
Digər ölkələr
02:02
İsrail HƏMAS-ın tərk-silah olunması ilə bağlı vasitəçilərə çağırış edib
Digər ölkələr