“Qəbələ”nin futbolçusu 2016/2017 mövsümünün bombardirlərinin göstəricisini geridə qoyub

Futbol
  • 13 mart, 2018
  • 12:23
“Qəbələ”nin futbolçusu 2016/2017 mövsümünün bombardirlərinin göstəricisini geridə qoyub

Bakı. 13 mart. REPORT.AZ/ “Qəbələ” komandasının futbolçusu Baqali Dabo Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünün bombardirlərinin göstəricisini geridə qoyub.

“Report” xəbər verir ki, 30 yaşlı hücumçu XX turda "Keşlə" ilə səfər matçının 32-ci dəqiqəsində hesabı açmaqla buna nail olub. Fransalı forvard cari çempionatda 12-ci qolunu vurub.

Qeyd edək ki, ötən mövsüm "Qəbələ"nin futbolçusu Filip Ozobiç və "Keşlə"nin sabiq hücumçusu Rauf Əliyev hərəyə 11 qol vuraraq şərikli bombardir olublar.

44 - Tezliklə