"Qəbələ" - "Neftçi" matçında azarkeşlər arasında qarşıdurma olub - VİDEO

Futbol
  • 20 oktyabr, 2018
  • 14:45
Qəbələ - Neftçi matçında azarkeşlər arasında qarşıdurma olub - VİDEO

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Qəbələ"və "Neftçi" azarkeşləri iki komanda arasındakı futbol üzrə AzərbaycanPremyer Liqasının VIII tur matçında münaqişəyə giriblər.

"Report"un məlumatına görə,Qəbələ şəhər stadionundakı insident matçın 70-ci dəqiqəsində baş verib. Qonşuperpendikulyar sektorlarda olan fanatların qarşılıqlı söz atışmaları ilə müşayiətolunan insident sonradan daha da böyüyüb. Nəticədə tərəflər bir-birilərinəyandırıcı pirotexniki maddələr atıblar. Olaya polislər müdaxilə edib.

Toqquşma aradan qaldırılsa da, tərəflərinsöz atışmaları sonradan da davam edib.

Bundan az əvvəl isə"Neftçi"nin kapitanı Emin Mahmudovla "Qəbələ"nin müdafiəçisiTəmkin Xəlilzadə arasında insident baş verib. Referi Rəhim Həsənov Azərbaycanmillisinin hər iki futbolçusuna sarı vərəqə göstərib. Sonradan Xəlilzadəsimulyasiyaya yol verməsi səbəbindən daha bir sarı vərəqə alaraq, meydandan kənarlaşdırılıb.

 Qeyd edək ki, azlıqda olmasına baxmayaraq, "Qəbələ" böyük hesabla öndədir - 3:0.

"Qəbələ" - "Neftçi" matçında azarkeşlər arasında qarşıdurma olub - VİDEO