"Qəbələ" "Neftçi"dən ayrılan Elvin Camalovla 2 illik müqavilə bağlayacaq

Futbol
  • 16 sentyabr, 2026
  • 12:14
Qəbələ Neftçidən ayrılan Elvin Camalovla 2 illik müqavilə bağlayacaq

"Qəbələ" klubu yarımmüdafiəçi Elvin Camalovla 2 illik müqavilə bağlayacaq.

Bu barədə "Report"a 31 yaşlı futbolçu məlumat verib.

Azərbaycan millisinin üzvü transferin yaxın vaxtda açıqlanacağını bildirib:

"2 illik müqavilə müddəti nəzərdə tutulub. Hər iki tərəf üçün uğurlu olmasını istəyirik. Transferin yaxın vaxtda açıqlanması gözlənilir".

Qeyd edək ki, 2025-ci ilin yanvarında "Neftçi"yə transfer olunan E.Camalov 2 gün əvvəl "ağ-qaralar"dan ayrılıb.

O, bu müddətdə Bakı klubunun heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.