"Qəbələ" klubu Türkiyədəki ilk yoxlama oyununda inamlı qələbə qazanıb

Futbol
  • 12 iyul, 2023
  • 15:37
Qəbələ klubu Türkiyədəki ilk yoxlama oyununda inamlı qələbə qazanıb

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" klubu ilk yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Moldova təmsilçisi “Sukleya” ilə üz-üzə gəlib.

"Termal hotel"in məşq bazasında baş tutan qarşılaşma "qırmızı-qaralar"ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan təmsilçisindən qolları İlkin Qırtımov, Murad Musayev, Omar Hani və yeni transfer Osama Xalayla vurublar.

Qeyd edək ki, "Qəbələ" qonşu ölkədə daha iki görüş keçirəcək.

44 filmi