"Qəbələ" klubu serbiyalı müdafiəçisi ilə müqavilə müddətini uzadıb
Futbol
- 16 dekabr, 2017
- 11:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 dekabr. REPORT.AZ/ “Qəbələ” klubu futbolçusu Voislav Stankoviçlə yeni müqavilə imzalayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, serbiyalı müdafiəçi ilə anlaşma daha 2 il müddətinə uzadılıb. 30 yaşlı futbolçu 2019-cu ilin sonunadək “qırmızı-qara” forma geyinəcək.
Qeyd edək ki, 2015-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Stankoviç komandanın heyətində Premyer Liqanın 2015-2016 mövsümündə bürünc, 2016-2017 mövsümündə isə gümüş medal qazanıb. O, “qırmızı-qaralar”ın heyətində keçirdiyi 101 matçda 2 qol vurub. Təcrübəli müdafiəçi Premyer Liqada 60, Avropa Liqasında 28 (1 qol), Azərbaycan Kubokunda 13 matç (1 qol) keçirib.
Son xəbərlər
11:04
İşdən qanunsuz çıxarılmış 69 nəfər əvvəlki işlərinə bərpa etdirilib
Sosial müdafiə11:04
Azərbaycanda orta aylıq əməkhaqqı 7 %-dən çox artıb
Digər11:04
Marneulidə azyaşlı nəvəsini nikaha məcbur etməkdə şübhəli bilinən qadın saxlanılıb
Region11:04
Azərbaycan əhalisinin gəlirləri 10 %-ə yaxın artıb
Digər11:03
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 11 % artıb
Digər11:02
Azərbaycanda 9 ayda orta illik inflyasiya 5,7 % olub
Digər11:02
Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyüb
Digər11:01
Azərbaycanın xarici dövlət borcu 8 %-ə yaxın azalıb
Digər11:01