"Qəbələ" Kiyev "Dinamo"sunun sabiq futbolçusunu heyətinə qatıb
Futbol
- 24 iyun, 2023
- 19:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
2023/2024 mövsümünün transfer çalışmalarını davam etdirən "Qəbələ" heyətinə daha bir futbolçu qatıb.
Klubdan "Report"a verilən məlumata görə, "qırmızı-qaralar" "Sabah"dan ayrılan Zurab Oçiqavanın keçidini rəsmiləşdirib.
28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Ukraynalı legioner Azərbaycan Premyer Liqasının son üç mövsümündə 34 matçda 2 qol vurub.
O, karyerası ərzində Ukraynada "Mariupol", Kiyev "Dinamo"su, "Olimpik", "Dnepr-1", "Vorskla" və Estoniyada "Levadiya"nın da şərəfini qoruyub. Oçiqava Ukraynanın U-20 və U-21 milli komandalarında da forma geyinib.
Xatırladaq ki, “Qəbələ” bunadək Ahmed Ayzayanı heyətinə qatıb.
Son xəbərlər
02:42
Livan ABŞ və İsrail hərbçiləri ilə görüşə nümayəndə heyəti göndərəcək
Digər ölkələr
02:15
Nyu-York metrosunda kişi güllələnərək öldürülüb
Digər ölkələr
01:38
Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
Digər ölkələr
01:09
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Digər ölkələr
00:39
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Digər ölkələr
00:12
"Qarabağ" – "Neftçi" matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Hadisə
00:00
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Daxili siyasət
00:00
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Daxili siyasət
23:52
Video
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır
Futbol