"Qəbələ" ilə görüşəcək komandanın baş məşqçisi istefa verib
Futbol
- 05 yanvar, 2015
- 13:20
Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyənin "Eskişehirspor" klubunun baş məşqçisi Ərtuğrul Sağlam istefa verib. "Report"un məlumatına görə, 46 yaşlı mütəxəssis Superliqanın 16-cı turunda doğma arenada "Qaziantepspor"a 1:3 hesablı məğlubiyyətdən sonra bu addımı atıb.
Hələlik yeni baş məşqçinin adı açıqlanmayıb. Hazırda 16 xalla 13-cü pillədə olan "Eskişehirspor" yanvarın 14-də Azərbaycanın "Qəbələ" klubu ilə Türkiyənin Antalya bölgəsində yoxlama görüşü keçirməlidir.
Qeyd edək ki, Ərtuğrul Sağlam 26 iyun 2013-cü ildən bu vəzifədə idi.
Son xəbərlər
05:17
ABŞ Ekvador narkokartelinin maraqları naminə istifadə olunan gəmiləri batırıb
Digər ölkələr04:41
Tramp: Demokratlar Ağ Evdəki bal zalını sökə bilməyəcək
Digər ölkələr04:02
Pit Heqset İranı hədələyib: Tankerlərini məhv edəcəyik və batıracağıq
Digər ölkələr03:37
İran ordusu ABŞ-nin aviadaşıyıcısına ballistik raketlərlə zərbələr endirib
Region03:11
Ronaldu "Əl-Nəsr"lə mövsümdə ilk məğlubiyyətini alıb
Futbol02:41
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
Region02:07
"Isar Aerospace" ilk dəfə kontinental Avropadan raketi orbitə çıxarıb
Digər ölkələr01:49
Dominikanın nümayəndəsi "Miss Dünya – 2026" seçilib
Digər ölkələr01:10