“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib

Futbol
  • 31 avqust, 2017
  • 20:57
“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib

Bakı. 1 sentyabr. REPORT.AZ/ “Qəbələ” transfer pəncərəsinin son günündə heyətini daha bir futbolçu ilə gücləndirib.

"Report"un məlumatına görə, “qırmızı-qaralar” 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Alen Askerovu sıralarına qatıb.

İyirmi bir yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

2017-ci ildən Azərbaycan yığmasına çağırılan Askerovun son klubu Xorvatiyanın “Noviqrad” komandası olub. Yarımmüdafiəçi 2016-cı ildən çıxış etdiyi bu kluba qədər Rusiyada “Mordoviya”nın (2012-2016) şərəfini qoruyub.