"Qəbələ" braziliyalı hücumçunu icarəyə götürüb
Futbol
- 30 dekabr, 2021
- 09:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qəbələ" qış fasiləsində ilk transferini gerçəkləşdirib.
Komandanın baş məşqçisi Elmar Baxşıyevin "Report"a verdiyi məlumata görə, əyalət təmsilçisi Avstriyanın "Admira Vakker" klubunun hücumçusu Patrik Robson de Souza Monteyro ilə anlaşıb.
41 yaşlı mütəxəssis bildirib ki, braziliyalı forvardı icarə əsasında heyətə qatacaqlar: "Hazırda müqavilə müddəti ilə bağlı bəzi detallar dəqiqləşdirilir. 23 yaşlı oyunçu Yeni ildən sonra komandaya qoşulacaq".
Qeyd edək ki, Patrik Robson de Souza Monteyro cari mövsüm hazırkı klubunda cəmi 2 oyun keçirib və qol vura bilməyib. O, daha əvvəl Avstriyanın "Horn" komandasında çıxış edib və 30 oyunda 6 dəfə fərqlənib.
Son xəbərlər
07:53
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
İKT
07:46
"Sabah"a uduzduğu üçün "Trabzonspor" məşqçi ilə yollarını ayırıb
Komanda
07:14
Pezeşkian Türkiyəyə yola düşüb
Region
07:06
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
Digər ölkələr
06:33
Video
Nikol Paşinyanın Türkiyəyə işgüzar səfəri başlayıb
Region
06:19
"Reuters": Konqo DR-də Ebolaya yoluxanların sayı 11 mini ötüb
Sağlamlıq
05:55
NYT: ABŞ-nin maliyyə naziri İranın hədələrinə görə hərbi bazaya köçüb
Digər ölkələr
05:30
Litvada naməlum obyektə görə iki hava limanının işi məhdudlaşdırılıb
Digər ölkələr
04:51
ABŞ-də üzərində bomba olduğunu deyən təyyarə sərnişini saxlanılıb
Digər ölkələr