“Qəbələ” Azərbaycan milli komandasının üzvünü heyətinə qatıb

Futbol
  • 30 dekabr, 2017
  • 19:51
“Qəbələ” Azərbaycan milli komandasının üzvünü heyətinə qatıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan milli komandasının üzvü Təmkin Xəlilzadə “Qəbələ” klubuna keçib.

“Report” klubun saytına istinadən xəbər verir ki, son klubu "Zirə" olan 24 yaşlı yarımmüdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb.

Təmkin indiyədək "Qarabağ", AZAL və "Zirə"nin heyətində çıxış edib. Mövsümün ilk yarısında 4 qol vuran futbolçu, iki dəfə də qol ötürməsi edib.

O, Azərbaycan milli komandasının San-Marino və Almaniyaya qarşı keçirdiyi oyunlarda meydana çıxıb. Almaniya ilə oyunda vurulan yeganə qolun ötürməsi onun aktivinə yazılıb. İşlək ayağı soldur.

44 - Tezliklə