"Qəbələ" Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib - VİDEO

Futbol
  • 20 iyul, 2017
  • 20:23
Qəbələ Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib - VİDEO

Bakı. 21 iyul. REPORT.AZ/ "Qəbələ" klubu futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib.

"Report"un məlumatına görə, "qırmızı-qaralar" Avroliqanın II təsnifat mərhələsində Polşa "Yagelloniya"sını üstələyib.

Roman Qriqorçukun baş məşqçi olduğu kollektiv Belostok şəhərindəki cavab görüşündə 2:0 hesablı qələbə qazanıb. Qolları İlqar Qurbanovla Filip Ozobiç vurub. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığından, "Qəbələ" ümumi nəticədə mərhələ adlayıb.

III təsnifat mərhələsində rəqib Yunanıstan "Panatinaikos"u olacaq. İlk görüş iyulun 27-də səfərdə, cavab qarşılaşması avqustun 3-də Bakıda keçiriləcək. İki komanda 2015-2016 mövsümündə Avroliqanın "play-off"unda üz-üzə gəlmiş və "Qəbələ" səfərdə vurduğu qollar sayəsində mərhələ adlamışdı - 0:0, 2:2.

Avropa Liqası, II təsnifat mərhələsi, cavab oyunu

23:30. "Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan) - 0:2

Qol: İlqar Qurbanov, 18. Filip Ozobiç, 90

Baş hakim: Konstantin Sebastian Koltesku

Yan xətt hakimləri: Radu Adrian Stefan Ginqulyak, Vladimir Urzitsa

Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)

UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)

Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)

Belostok, "Miejski" stadionu

İlk oyun - 1:1.

"Qəbələ" Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib - VİDEO