Qazaxıstan millisinin sabiq futbolçusu intihar edib

Futbol
  • 18 yanvar, 2016
  • 06:24
Qazaxıstan millisinin sabiq futbolçusu intihar edib

Bakı. 18 yanvar. REPORT.AZ/ Qazaxıstanın gənclərdən ibarət yığma komandasının və "Kayrat" klubunun sabiq qadın futbolçusu Zarina Turdiyeva dünyasını dəyişib. "Report"un məlumatına görə, bu barədə Qazaxıstan Futbol Federasiyası açıqlama yayıb.

Qazaxıstan mətbuatında isə gənc futbolçunun intihar etdiyi bildirilib. İntiharın səbəbləri bilinmir.

23 yaşlı Zarina Turdiyeva karyerası ərzində Qazaxıstanın "Kаyrаt", "Jetısu" və "Kokşe" klublarının formasını geyinib.