"Qarabağ" xal itirdi
Futbol
- 04 may, 2021
- 15:57
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, çempionluğa iddialı komandalardan "Qarabağ" "Zirə"ni qəbul edib. "Azersun Arena"dakı matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
"Zirə"dən Fakundo Melivilo 17-ci dəqiqədə hesabı açıb. 2 dəqiqə sonra isə Abdullah Zubir tarazlığı bərpa edib.
Bu nəticədən sonra lider "Qarabağ" xallarının sayını 51-ə çatdırıb və yenidən vahid liderə çevrilib. İkinci sıradakı "Neftçi" 50 xalla ikincidir. "Zirə" isə 34 xalla üçüncü sıraya yüksəlib.
Qeyd edək ki, turun digər oyunlarında "Neftçi" səfərdə "Keşlə"ni 3:0, "Səbail" isə evdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.
"Qarabağ" xal itirdi
Son xəbərlər
10:31
İndoneziyada baş verən zəlzələdə ölənlərin sayı 50-ni keçib
Digər ölkələr10:19
FAKTİKİ HAVA: Bəzi rayonlara yağış yağır, şimşək çaxır
Ekologiya10:15
"Sportinq" Avstraliya yığmasının üzvü Nestori İrankundanı transfer edib
Futbol09:56
Yaponiyanın cənubunda zəlzələdən sonra on minlərlə təsərrüfat susuz qalıb
Digər ölkələr09:37
İrandakı iğtişaşlarda iştirak edən bir nəfər edam olunub
Region09:15
Qerrini məğlub edən Maxaçev UFC çempionu titulunu qoruyub
Fərdi09:08
Azərbaycan Premyer Liqası: İlk turda daha iki görüş keçiriləcək
Futbol08:51
İspaniya qırıcısı Rumıniyada pilotsuz uçuş aparatını vurub
Digər ölkələr08:35