"Qarabağ" və "Neftçi"dən başqa qalan komandalar vurduqları qoldan çox top buraxıblar

Futbol
  • 29 dekabr, 2019
  • 08:23
Qarabağ və Neftçidən başqa qalan komandalar vurduqları qoldan çox top buraxıblar

Başa çatmaqda olan 2019-cu ildə Azərbaycan Premyer Liqasında 112 oyun keçirilib. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2018/2019 mövsümünün ikinci və 2019/2020 mövsümünün ilk yarısında eyni sayda - 8 komanda mübarizə aparıb. Baş tutan 112 qarşılaşmada 279 qol vurulub. Orta məhsuldarlıq 2,49-a bərabər olub.

Premyer Liqada 2019-cu ilin ən yaxşısı “Qarabağ”dır. Ağdam klubu keçirdiyi 28 qarşılaşmada hamıdan çox – 20 qələbə qazanıb. İl ərzində yalnız bir dəfə uduzan "Qarabağ" digərlərindən daha çox – 67 xal toplayıb. İkinci göstəriciyə malik “Neftçi” 17 xal az yığıb. 3-cü nəticə isə “Zirə”yə məxsusdur.

2019-cu ildə “Qarabağ” ən çox, “Sabah” ən az qol vuran komanda olub. Ağdamlılar həm də ən az top buraxandırsa, “Səbail” qapısında daha çox qol görüb.

Ümumiyyətlə, il ərzində yalnız iki komanda - “Qarabağ”la “Neftçi” top fərqində müsbət saldoya malik olub. Digər 6 klubun buraxdığı qol sayı vurduğundan çoxdur.

1.Qarabağ28207157 - 1467
2.Neftçi28148648 - 2750
3.Zirə281081036 - 3738
4.Keşlə28971231 - 3434
5.Qəbələ28881228 - 3932
6.Sumqayıt28951429 - 4232
7.Səbail28951428 - 4732
8.Sabah28581522 - 3923