"Qarabağ" Romada Çempionlar Liqası oyunu öncəsi son məşqinə çıxıb - FOTO

Futbol
  • 04 dekabr, 2017
  • 18:38
Qarabağ Romada Çempionlar Liqası oyunu öncəsi son məşqinə çıxıb - FOTO
Report

Bakı. 4 dekabr. REPORT.AZ/ Ağdamın "Qarabağ" klubu futbol üzrə Çempionlar Liqasının 6-cı tur oyunu öncəsi son məşqinə çıxıb.

"Report"un İtaliyaya ezam olunmuş əməkdaşının məlumatına görə, açıq məşq prosesi "Roma"nın "Stadio Olimpico" stadionunda baş tutub.

Məşqin ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olub. Ardınca məşq qapalı şəkilə davam etdirilib.

"Roma" və "Qarabağ" arasında görüş sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.