"Qarabağ" növbəti yoxlama görüşündə qələbə qazanıb

Futbol
  • 16 iyul, 2024
  • 16:50
Qarabağ növbəti yoxlama görüşündə qələbə qazanıb

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama matçını keçirib.

"Report" xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda “Əl-Şabab” (BƏƏ) klubu ilə üz-üzə gəlib.

Qarşılaşma Ağdam təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "köhlən atlar" günün ilk yoxlama oyununda Xorvatiya təmsilçisi "Slaven"lə qarşılaşıb və 1:0 hesabı ilə qələbə qazanıb.

44 - Tezliklə