"Qarabağ" "Lex"lə oyundan öncə qazilərə anlamlı jest edib

Futbol
  • 12 iyul, 2022
  • 16:57
Qarabağ Lexlə oyundan öncə qazilərə anlamlı jest edib

"Qarabağ" Tovuz döyüşlərinin 2-ci ildönümü ilə əlaqədar Vətən müharibəsi iştirakçılarına anlamlı jest edib.

"Report"un məlumatına görə, Bakıda Polşa "Lex"inə qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan öncə qazilərin iştirakı ilə konsert proqramı təşkil olunub.

Bundan başqa, müharibə iştirakçılarına matçı izləmək üçün tribunada xüsusi yer ayrılıb.

Qeyd edək ki, hazırda "Qarabağ" - "Lex" görüşündə fasilədir. Ağdam klubu ilk hissədən sonra hesabda öndədir - 2:1.

44 - Tezliklə