"Qarabağ"la vidalaşan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib
                            Futbol
                            
                        - 26 iyul, 2021
- 16:53
 
                            
                            
                        "Qarabağ"la yollarını ayıran serbiyalı futbolçu Uroş Matiçin yeni komandası bəlli olub.
"Report"un məlumatına görə, 31 yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Təcrübəli oyunçu bu ölkənin "Abha" klubuna keçib. O, 2 illik müqaviləyə qol çəkib.
Ölkəsinin mətbuatına danışan Matiç Türkiyədən bir neçə təklif aldığını da gizlətməyib: "Yaxşı liqada çıxış edəcəyim üçün şadam. Burada kifayət qədər səviyyəli futbolçular və məşqçilər var. Keçidimi həll edən agentimə təşəkkür edirəm. Türkiyədən bir neçə təklifim olsa da, qardaşım Nemanya Matiç buraya gəlməyimi məsləhət gördü. Mən də "Abha"ya keçməyə qərar verdim. Düşünürəm ki, bu klubda yaxşı karyeram ola bilər".
Qeyd edək ki, Uroş Matiç "Qarabağ"a ötən ilin yayında keçmişdi.
Son xəbərlər
14:40
                İsrail Qəzzaya daha 30 fələstinlinin meyitini qaytarıb
Digər ölkələr14:38
                Abbas İsmayıl: Müstəmləkəçiliyə görə üzrxahlıqlar sistemli dəyişikliklərlə müşayiət olunmalıdır
Xarici siyasət14:37
                Asmir Beqoviç: "Qarabağ"ın Çempionlar Liqasında ilk "24-lüy"ə düşmək üçün yaxşı şansı var" - MÜSAHİBƏ
Futbol14:30
                Azərbaycan Belçika ilə qarşılıqlı sərmayə təşəbbüslərini müzakirə edib
Biznes14:30
                Çempionlar Liqası: "Qarabağ"ın oyununa 27 250 bilet satılıb
Futbol14:23
                Mərkəzi Bank və Dünya Bankı rəqəmsal ödənişlərin inkişafını müzakirə edib
Maliyyə14:21
                Nərgiz Qurbanova: "Qolların böyük əksəriyyətini standart vəziyyətlərdən buraxdıq"
Futbol14:20
                Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib
Hərbi14:19
                