"Qarabağ"la oyunda zədələnmiş futbolçu 3 həftə oynamayacaq
Futbol
- 31 oktyabr, 2020
- 05:02
UEFA Avropa Liqasının I qrupunda II turun "Qarabağ"la oyununda zədələnmiş İspaniya "Vilyarreal"ının futbolçusu Xuan Foytun durumuna aydınlıq gəlib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, əzələsində yırtıq aşkarlanan 22 yaşlı müdafiəçi 3 həftə meydanlardan kənarda qalacaq.
Bu səbəbdən, istedadlı futbolçu Argentina milli komandasının Paraqvay və Peru ilə DÇ-2022-nin seçmə oyunlarını buraxmalı olacaq. O həmçinin La Liqada "Valyadolid" və "Xetafe", eyni zamanda Avropa Liqasında İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə matçlarda da iştirak edə bilməyəcək.
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutmuş matçda "Qarabağ" "Vilyarreal"a 1:3 hesabı ilə uduzub.
Son xəbərlər
10:47
Donald Trampın oğlu Ermənistana səfər edəcək
Digər ölkələr10:34
Azərbaycan nefti cüzi ucuzlaşıb
Energetika10:32
"TikTok"da saxta elanlar vasitəsilə dələduzluq edən şəxs saxlanılıb
Hadisə10:32
Azərbaycanın qeyri-neft məhsulları ixracatçısı olan TOP-10 dövlət şirkəti açıqlanıb
Maliyyə10:24
DSX: Ötən ay 489 kiloqramdan çox narkotik, 8,2 milyon manata yaxın qaçaqmal aşkarlanıb
Hadisə10:23
Oktyabrda 511 nəfər çıxış qadağasını pozaraq ölkəni tərk etməyə cəhd göstərib
Hadisə10:19
Ötən ay 21 nəfər dövlət sərhədini pozub
Hadisə10:12
Video
Xəzər dənizində köməksiz vəziyyətdə qalan üç balıqçı xilas edilib
Hadisə10:00