"Qarabağ"la oyun öncəsi "Olimpiakos"un heyətinə yeni müdafiəçi cəlb olunub
Futbol
- 11 oktyabr, 2022
- 12:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yunanıstan "Olimpiakos"unun baş məşqçisi Miçel Qonsales Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu öncəsi heyətə yeni futbolçu dəvət edib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis müdafiəçi Aleksis Kalogeropulos əsas komanda ilə məşqlərə cəlb olunub.
18 yaşlı arxa xətt oyunçusu Pirey təmsilçisinin UEFA-ya göndərdiyi sifariş ərizəsinin B siyahısında yer alıb. Lakin gənc futbolçunun Bakıya gətirilib-gətirilməyəcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.
Son xəbərlər
15:47
Daxili Qoşunların Hərbi İnstitutunda "Zəfər tarixi" adlı elmi-nəzəri konfrans keçirilib
Hadisə
15:46
İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - Yenilənib
Daxili siyasət
15:43
Foto
"PeşəFest-2026"nın Bakıda yekun tədbiri keçirilib
Daxili siyasət
15:42
Foto
Video
"AzInTelecom" əməkdaşları Ağdamda 300 ağac əkiblər
İKT
15:39
"Gəncəbasar" klubuna yeni prezident təyin olunub
Futbol
15:38
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8 %-ə yaxın artıb
Biznes
15:33
Aİ-də "TikTok" alqoritmləri istifadəçilərin psixi sağlamlığı üçün təhlükəli hesab edilib
Digər ölkələr
15:31
Azərbaycan və Çin hava əlaqələrinin genişləndirilməsini müzakirə edib
Turizm
15:31
Belçika Kralı baş nazirin istefa xahişini rədd edib
Digər ölkələr