"Qarabağ"la oyun "Lion"un iki futbolçusu üçün əlamətdar ola bilər
Futbol
- 27 noyabr, 2024
- 08:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Avropa Liqasında "Qarabağ"la oyun Fransanın "Lion" klubunun iki futbolçusu üçün əlamətdar ola bilər.
"Report" Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bunlar hücumçu Aleksandr Lyakazett və qapıçı Lukas Perridir.
Fransalı forvard Bakıdakı qarşılaşmada meydana çıxacağı təqdirdə "Lion" forması ilə turnirdə 30-cu oyununu keçirəcək.
İlin əvvəlində transfer edilən braziliyalı qolkiper isə komandada ümumilikdə 20-ci görüşünü keçirə bilər.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" oyunu saat 21:45-də start götürəcək.
Son xəbərlər
10:05
Türkiyədə bələdiyyə sədri və oğlu rüşvətə görə həbs edilib
Region
10:04
Anar Əliyev Şuşada vətəndaşları qəbul edəcək
Daxili siyasət
09:55
Foto
Laçında şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub
Daxili siyasət
09:53
Türkiyədə İŞİD-i maliyyələşdirməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Region
09:49
Cənubi Sendviç adaları bölgəsində 5,2 maqnitudalı zəlzələ olub
Digər ölkələr
09:47
Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edilib
Daxili siyasət
09:45
Cənubi Koreya şirkəti infrastukturu rəqəmsallaşdırmaqda ADY-yə kömək edəcək
İnfrastruktur
09:44
Biləsuvarda avtomobil aşıb, ölən və xəsarət alan var
Hadisə
09:44
"Turan" klubu bu gün CEV Çempionlar Liqasında ilk oyununu keçirəcək
Komanda