“Qarabağ” - “Kukesi” oyununa üç günə 5 min bilet satılıb

Futbol
  • 27 iyul, 2018
  • 10:56
“Qarabağ” - “Kukesi” oyununa üç günə 5 min bilet satılıb

Bakı. 27 iyul. REPORT.AZ/ "Qarabağ" klubunun Albaniya "Kukesi"si ilə keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü üçün 5 min bilet satılıb.

“Report” xəbər verir ki, Tofiq Bəhramov stadionunda baş tutacaq matça bu qədər bilet satışa çıxarıldıqdan sonra üç gün ərzində alınıb. Qiymətlər sektorlara uyğun olaraq, 1, 2, 3, 5  və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır. Arenanın tutumu 31200 nəfər təşkil edir. 

Qeyd edək ki, avqustun 1-i keçiriləcək “Qarabağ” - “Kukesi” oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Albaniyada baş tutan ilk qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.