UEFA Çempionlar Liqası: "Qarabağ" əsas mərhələdə "Kopenhagen"i də məğlub edib - YENİLƏNİB

Futbol
  • 01 oktyabr, 2025
  • 22:37
UEFA Çempionlar Liqası: Qarabağ əsas mərhələdə Kopenhageni də məğlub edib - YENİLƏNİB

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Danimarkanın "Kopenhagen" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

28-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 83-cü dəqiqədə Emmanuel Addai adını tabloya yazdırıb.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib - 2:2.

Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda növbəti qol vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.

83-cü dəqiqədə Emmanuel Addai baxımlı qola imza atıb.

Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0.

28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 1:0.

28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi hesabı açıb.

28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.

"Report"un məlumatına görə, matç Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürüb.

Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edir.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib - 2:2.

Son xəbərlər

Bütün Xəbər Lenti