"Qarabağ" - "Kopenhagen" matçının ən yaxşı futbolçusu müəyyənləşib

Futbol
  • 15 avqust, 2017
  • 18:16
Qarabağ - Kopenhagen matçının ən yaxşı futbolçusu müəyyənləşib
"PFL"

Bakı. 15 avqust. REPORT.AZ/ "Qarabağ"la Danimarka "Kopenhagen"i arasında keçirilmiş Çempionlar Liqasının ilk "pley-off" matçının ən yaxşı futbolçusu müəyyənləşib.

"Report"un UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu, meydan sahiblərinin hücumçusu Mahir Mədətovdur.

Mədətov 25-ci dəqiqədə vurulmuş yeganə qolun müəllifi olub. Görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0.