"Qarabağ" klubu yeni transferini rəsmən açıqlayıb

Futbol
  • 06 yanvar, 2017
  • 11:14
Qarabağ klubu yeni transferini rəsmən açıqlayıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında mübarizə aparan "Qarabağ" klubu yeni futbolçu transferini aıçqlayıb. "Report"un məlumatına görə, milli komandanın yarımmüdafiəçisi Ağabala Ramazanovla 1.5 illik müqavilə imzalanıb.

24 yaşlı oyunçu 2017/2018 mövsümünün sonuna qədər Qurbn Qurbanovun sərəncamında olacaq.

Qeyd edək ki, Ağabala Ramazanov "Qarabağ"a "İnter"dən azad agent kimi keçib. O, karyerası ərzində "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt" komandalarında çıxış edib.

44 - Tezliklə