"Qarabağ" klubu Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib - VİDEO
- 22 iyul, 2015
- 20:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksəlib. "Report"un məlumatına görə, Ağdam təmsilçisi Monteneqro "Rudar"ını mübarizədən kənarlaşdırıb.
II təsnifat mərhələsinin cavab görüşündə "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Yeganə topu 57-ci dəqiqədə Ansi Aqolinin ötürməsindən sonra Reynaldo vurub. Bakıdakı ilk görüşdə 0:0 hesablı heç-heçə qeydə alındığından, baş məşqçi Qurban Qurbanovun komandası iki oyunun nəticəsində mərhələ adlayıb.
Qeyd edək ki, "Qarabağ"ın növbəti rəqibi İslandiya "Styarnan"ını mübarizədən kənarlaşdırmış Şotlandiya "Seltik"i olacaq. İlk oyun iyulun 28-29-da Qlazqoda, cavab görüşü isə avqustun 4-5-də Bakıda olacaq.