"Qarabağ" klubu afrikalı hücumçu üçün təklif göndərib
Futbol
- 21 iyun, 2023
- 13:13
Portuqaliyanın "Maritimu" klubunun futbolçusu Diderik Joel karyerasını Azərbaycanda davam etdirə bilər.
"Report" A Bola nəşrinə istinadən xəbər verir ki, "Qarabağ" 30 yaşlı hücumçu ilə maraqlanır.
Nəşr "Maritimu" aşağı liqaya düşdüyü üçün kamerunlu forvardın növbəti mövsüm komandada qalmayacağının dəqiq olduğunu bildirib.
Ağdam təmsilçisinin həm kluba, həm də oyunçuya təklif göndərdiyi vurğulanıb. Son qərarı Madeyra təmsilçisinin verəcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Diderik Joel son olaraq icarə əsasında Səudiyyə Ərəbistanının "Əl-Həzm" klubunun formasını geyinib. Afrikalı hücumçu 15 matçda 7 qola imza atıb.
Son xəbərlər
16:33
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Biznes16:27
"Səbail" Abbas Ağazadə ilə müqavilə imzalayıb
Futbol16:23
Foto
Məcid Seyidov UFC döyüşçüsü Fərman Həsənova fəxri fərman təqdim edib
Fərdi16:22
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Ekologiya16:00
DÇ-2026-nın 1/8 final mərhələsinə bu gün start veriləcək
Futbol15:52
Laçına dolu düşüb - FAKTİKİ HAVA
Ekologiya15:42
İngiltərə millisinin kapitanı Harri Keyn üçün "Cəngavər" titulu təşəbbüsü irəli sürülüb
Futbol15:28
Ötən gün Azərbaycanda 24 cinayətin üstü açılıb
Hadisə15:14