"Qarabağ" italiyalı qapıçını transfer etmək istəyir

Futbol
  • 25 iyul, 2019
  • 08:35
Qarabağ italiyalı qapıçını transfer etmək istəyir

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" komandası heyətinə yeni qapıçı cəlb etməyi planlaşdırır. 

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Ağdam təmsilçisi İtaliyanın "Udineze" klubunda çıxış edən Simone Skuffetlə maraqlanır. 

Bildirilir ki, 23 yaşlı italiyalı qolkiper "Qarabağ"ın təklifini nəzərdən keçirir. O, qarşıdakı günlərdə transferi ilə bağlı qərar verəcək.

Qeyd edək ki, müqavilə ilə "Udineze"yə məxsus olan Simone Skuffet icarə əsasında ölkəsinin "Komo" və Türkiyənin "Kasımpaşa" klununun formasını geyinib. O, İtaliya millisinin U-17, U-18, U-19 və U-21 komandalarının da şərəfini qoruyub. 

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda İrlandiyada "Dandolk"la heç-heçə edib - 1:1. Cavab görüşü iyulun 31-də "Dalğa Arena"da keçiriləcək.