"Qarabağ"ın vitse-prezidenti Türkiyədəki mükafatlandırma mərasimində Nəsiminin "Sığmazam" qəzəlini səsləndirib
- 05 aprel, 2018
- 05:45
Yeniliklərdən dərhal xəbərdar olun!
İstanbul. 5 aprel. REPORT.AZ/ "Klub olaraq, burada olmaq bizə böyük qürur, böyük şərəfdir".
"Report"un Türkiyə bürosunun məlumatına görə, bunu "Milliyet" - İlin idman mükafatları" gecəsində xüsusi mükafat alan "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib.
T.Gözəl bildirib ki, rəhbərlik etdiyi klub erməni işğalı nəticəsində doğma yurd-yuvasından qovulmuş 700 min qaçqının səsinin, nidasının, ümumilikdə isə Azərbaycan xalqının dünyada səsinin eşidilməsi, türk dünyasının iradəsinin nümayişi üçün uğurla çalışan və bunu bacaran klubdur. O, "Milliyet" qəzetinə, qəzetin idman şöbəsinin müdiri Tayfun Bayındıra minnətdarlığını bildirərək, bu mükafatı Türkiyədə almağı "Qarabağ"a çox böyük mənəvi dəstək hesab edib.
Mükafatlandırma mərasiminə əliboş gəlmədiyini deyən vitse-prezident "Bizim də sizə kiçik hədiyyəmiz var. Bu, canımızdan, qanımızdandır. Bunu belə qəbul edin" söyləyib və Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam" qəzəlini səsləndirib.
Qeyd edək ki, mükafatı Tahir Gözələ futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku təqdim edib. Mükafatı alanlar arasında Türkiyənin atletika üzrə əslən azərbaycanlı dünya çempionu Ramil Quliyev də olub.
Vüsalə ABBASOVA
Albania welcomes the historic milestone towards peace between #Azerbaijan and #Armenia, formalized at the White House, under the special leadership of President Trump.
— Albanian MEFA (@AlbanianDiplo) August 9, 2025
We commend the vision of both nations in choosing dialogue over division - marking the end of decades of…