"Qarabağ"ın tarixi qolunun müəllifi 10 ildən sonra ölkəsinə qayıdıb

Futbol
  • 12 aprel, 2022
  • 15:36
Qarabağın tarixi qolunun müəllifi 10 ildən sonra ölkəsinə qayıdıb

"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike Türkiyə "Sivasspor"undan ayrılıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 32 yaşlı vinger "İnternasyonal"la 2024-cü ilin yayınadək müqavilə imzalayıb.

Təcrübəli oyunçu bununla da 10 illik fasilədən sonra vətəninə qayıdıb.

Qeyd edək ki, 2017/2018 mövsümündə icarə əsasında "Qarabağ"da çıxış edən Pedro Enrike "köhlən atlar"ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki ilk qolunun müəllifi olub. O, Bakıda İtaliya "Roma"sına 1:2 hesabı ilə uduzduqları II tur oyununda fərqlənib.

44 filmi