"Qarabağ"ın "Seltik"lə keçirəcəyi hər iki oyunun vaxtı müəyyənləşib

Futbol
  • 24 iyul, 2015
  • 09:54
Qarabağın Seltiklə keçirəcəyi hər iki oyunun vaxtı müəyyənləşib

Bakı. 24 iyul. REPORT.AZ/ "Qarabağ" klubunun Şotlandiya "Seltik"i ilə keçirəcəyi Çempionlar Liqasının III təsnifat mərhələsinin hər iki oyununun vaxtı müəyyənləşib. "Report"un məlumatına görə, ilk qarşılaşma iyulun 29-da Qlazqodakı "Seltik Park"da keçiriləcək.

Matçın start fiti Bakı vaxtı ilə saat 23:45-də çalınacaq. Cavab oyunu isə avqustun 5-nə təyin olunub. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:30-da başlanacaq.