"Qarabağ"ın səfər planı açıqlanıb
Futbol
- 27 iyul, 2021
- 11:59
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda İsraildə "Aşdod"la qarşılaşacaq "Qarabağ" səfərə bu gün yollanacaq.
Klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin "Report"a verdiyi məlumata görə, komanda saat 18:00-da çarter reysi ilə İsrailə uçacaq.
Zədəli müdafiəçilər - Bədavi Hüseynovla Elvin Cəfərquliyev Aşdoda aparılmayacaq. İlk qarşılaşmada qırmızı vərəqə aldığı üçün cəzalı duruma düşən Maksim Medvedev isə kollektivlə birlikdə olacaq.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oyun öncəsi mətbuat konfransı sabah Bakı vaxtı ilə saat 20:30-a nəzərdə tutulub.
Qeyd edək ki, iyulun 29-da keçiriləcək "Aşdod" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk oyun qolsuz heç-heçə ilə başa çatıb.
Son xəbərlər
07:54
İndoneziyada yanğın səbəbindən milli park bağlanıb
Digər ölkələr07:09
Qaziantepdə 4,5 maqnitudalı zəlzələ baş verib
Region06:36
Səudiyyə Ərəbistanının "Aramco" neft-qaz şirkətinə aid obyektdə yanğın baş verib
Digər ölkələr06:10
Vaşinqtonda meşə yanğınlarının mənzil fonduna vurduğu ziyanın həcmi açıqlanıb
Digər ölkələr05:51
Nigerdə iki avtobus toqquşub, 22 nəfər ölüb
Digər ölkələr05:07
Siciliya sahillərində içində amfora olan qədim gəmi aşkar edilib
Maraqlı04:48
Türkiyədə baş verən qəzada üç nəfər ölüb
Region04:11
Yaponiyada Naqasaki qurbanlarının xatirəsi yad ediləcək
Digər ölkələr03:42