“Qarabağ”ın sabiq qapıçısı: “Bu mövsüm nəhənglərin sırasına düşmək şansları çoxdur”

Futbol
  • 02 avqust, 2023
  • 08:47
“Qarabağ”ın sabiq qapıçısı: “Bu mövsüm nəhənglərin sırasına düşmək şansları çoxdur”

“Qarabağ”ın bu mövsüm nəhənglərin sırasına düşmək şansı çoxdur”.

Bunu “Report”a müsahibəsində “Qarabağ”ın sabiq qapıçısı Hannes Halldorsson komandanın 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasındakı şanslarını dəyərləndirərkən deyib.

2018/2019 mövsümündə ağdamlıların formasını geyinmiş islandiyalının fikrincə, Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirinin II təsnifat mərhələsində Polşa “Rakuv”una səfərdə məğlub olmasına (2:3) baxmayaraq, bunun əvəzini çıxacaq: “Hələ ötən mövsüm də “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşəcəyini təxmin edirdim, amma pley-offda uduzdular. Məncə, “Rakuv”la Bakıdakı görüşdə istəklərinə çatacaqlar. “Qarabağ” öz meydanında çox güclü oynayır. Üstəlik, Bakıda azarkeş dəstəyi də fərqli olur”.

Hannes Halldorssonun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.