"Qarabağ"ın keçmiş futbolçusu ABŞ klubu ilə müqaviləsini uzatdı

Futbol
  • 07 iyul, 2020
  • 06:31
Qarabağın keçmiş futbolçusu ABŞ klubu ilə müqaviləsini uzatdı
Ansi Aqolli

"Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli komandası ABŞ-ın "Nyu-York Kosmos" klubu ilə müqaviləsinin müddətini uzadıb.

"Report"un məlumatına görə, bu barədə albaniyalı müdafiəçi özünün "Instagram" səhifəsində paylaşım edib.

38 yaşlı oyunçu növbəti mövsümdə də Nyu-York təmsilçisinin formasını geyinəcəyini yazıb: "Daha 1 il "Nyu-York Kosmos"da oynayacağım üçün şadam".

Qeyd edək ki, 2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub.