"Qarabağ"ın sabiq futbolçusu 38 yaşında klubunu dəyişdi

Futbol
  • 03 fevral, 2021
  • 07:19
Qarabağın sabiq futbolçusu 38 yaşında klubunu dəyişdi
Sergey Kravçenko

"Qarabağ" klubunun sabiq futbolçusu Sergey Kravçenko 38 yaşında yeni kluba keçib.

"Report"un məlumatına görə, təcrübəli yarımmüdafiəçi Ukraynanın II liqasında çıxış edən "Çernomorets"lə müqavilə imzalayıb.

Ukraynalı oyunçunun Odessa təmsilçisi ilə sözləşməsinin müddəti göstərilməyib.

Qeyd edək ki, Sergey Kravçenko 2005/2006 mpvsümündə "Qarabağ"ın formasını geyinib. Donetsk "Şaxtyor"unun yetirməsi olan yarımmüdafiəçi 10 dəfə Ukrayna millisində çıxış edib və 1 qol vurub. O, son olaraq "Dnepr-1"in uğurları üçün çalışıb.