"Qarabağ"ın rəqibində daha bir futbolçu zədələndi
Futbol
- 14 oktyabr, 2020
- 07:31
"Qarabağ" klubunun Avropa Liqasının I qrupundakı rəqiblərindən İspaniya "Vilyarreal"ı növbəti itki ilə üzləşib.
"Report" xəbər verir ki, komandanın ekvadorlu futbolçusu Pervis Estupinyan milli komandanın oyununda zədələnib. 22 yaşlı müdafiəçi Uruqvayı evdə 4:2 hesabı ilə məğlub etdikləri matçda sıradan çıxıb və 73-cü dəqiqədə əvəzlənib.
Onun yaşıl meydanlara nə vaxt qayıdacağı tibbi müayinədən sonra bəlli olacaq.
Qeyd edək ki, daha əvvəl "Villarreal"ın aparıcı hücumçusu Jerar Moreno zədələnib. "Qarabağ" I qrupundakı ikinci matçını oktyabrın 29-da evdə "Vilyarreal"a qarşı keçirəcək. Ağdam təmsilçisi ilk turda İsrail Makkabisinin (Tel-Əviv) qonağı olacaq. İspaniya klubu isə Türkiyə "Sivasspor"unu qəbul edəcək.
Son xəbərlər
17:31
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 46 % artıb
Biznes17:26
İsmayıllıda avtoqəza olub, iki nəfər ölüb, bir nəfər xəsarət alıb
Hadisə17:16
Rusiya Müdafiə Nazirliyi: Ukraynanın 500-dən çox hücumunu dəf etmişik
Digər ölkələr17:16
DÇ-2026-da son 60 ilin ən az qayda pozuntusu müşahidə olunub
Futbol17:05
Ötən gün axtarışda olan 39 nəfər tapılıb
Hadisə16:47
Şuşa və Laçına dolu düşüb - YENİLƏNİB
Ekologiya16:47
SEPAH Hərbi Dəniz Qüvvələrinin yeni komandanı ABŞ və İsrailə xəbərdarlıq edib
Region16:41
Starmer xələfini mürəkkəb beynəlxalq vəziyyət barədə xəbərdar edib
Digər ölkələr16:33