"Qarabağ"ın rəqibi isveçrəli yarımmüdafiəçini heyətinə qatıb
Futbol
- 01 oktyabr, 2022
- 07:19
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u yeni transferini açıqlayıb.
"Report" Pirey təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu son olaraq İsveçrə "Bazel"ində çıxış edən Paytim Kasamini heyətinə qatıb.
30 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti 2023-cü ilin yayınadək nəzərdə tutulub.
Kasami 2014 - 2017-ci illərdə də "Olimpiakos"un formasını geyinib. İsveçrəli oyunçu 2021/2022 mövsümündə "Bazel"in heyətində "köhlən atlar"a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin hər iki matçında meydanda olub.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.
Son xəbərlər
08:37
Rusiya "Ukrayna Dəmir Yolları"nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub
Digər ölkələr08:23
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:04
Çinin şərqində təbii mis və qızıl ərintisinin iri yataqları aşkar edilib
Digər ölkələr07:52
Azərbaycan mediasının nümayəndələri ŞƏT sammitini yerindən izləyir
Media07:48
Cənubi Koreya Prezidentinin aparat rəhbəri birjadakı dəyişiklik fonunda istefa verib
Digər ölkələr07:15
Foto
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
Daxili siyasət06:43
Ağdama qayıdan keçmiş məcburi köçkün: Sevincimin həddi-hüdudu yoxdur
Daxili siyasət06:37
Ağdam sakini: Ağlaya-ağlaya çıxdığımız yurdumuza sevinc gözyaşı ilə qayıdırıq
Daxili siyasət05:57