“Qarabağ”ın İsveçə səfər proqramı müəyyənləşib
Futbol
- 03 oktyabr, 2023
- 09:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçin “Hakken” klubunun qonağı olacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib.
“Report”un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Azərbaycan çempionu bu gün saat 18:00-da İsveçə yola düşəcək.
Ağdam təmsilçisi orada “Scandic Opallen Hotel”də məskunlaşacaq. Oyunöncəsi son məşq oktyabrın 4-də baş tutacaq. Əvvəlcə Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanov və futbolçu Abdullah Zubir mətbuat konfransına qatılacaqlar. Bundan 20 dəqiqə sonra isə komanda matçın oynanılacağı “Ullevi” stadionunda məşqə çıxacaq.
Qeyd edək ki, oktyabrın 5-də keçiriləcək görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Son xəbərlər
12:57
Heydər Əliyevin neft strategiyası Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirib - RƏY
Daxili siyasət12:55
Azərbaycanda manatla pul kütləsi 21 %-ə yaxın artıb
Maliyyə12:50
"Sarıqışlaq" KSES-də 2 ildə 46 milyon kVt/saatdan çox elektrik enerjisi istehsal edilib
Energetika12:33
Sabah da Bakıya yağış yağacaq
Ekologiya12:26
Foto
"Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" mövzusunda konfrans keçirilib
Xarici siyasət12:25
UEFA Millətlər Liqası: İspaniya ev, İngiltərə səfər oyununa çıxacaq
Futbol12:23
"Siemens Energy" Transxəzər yaşıl enerji dəhlizi layihəsinə qoşulur
Energetika12:13
İlham Əliyevin YAP-ın qurultayındakı çıxışı Azərbaycanın davamlı sülh və əməkdaşlığın tərəfdarı olduğunu nümayiş etdirdi - RƏY
Daxili siyasət12:08