"Qarabağ"ın hücumçusu: "Millidən təklif gözləyirdim"
Futbol
- 09 oktyabr, 2020
- 07:16
"Qarabağ"ın futbolçusu Kvabena Ovusu Mali və Qətərlə yoldaşlıq oyunları üçün Qana milli komandaya çağırılmamasına münasibət bildirib.
"Report"un məlumatına görə, 23 yaşlı hücumçu "Hot 93.9" radiosuna müsahibəsində yığmanın baş məşqçisi Çarlz Akonnorun qərarının onun üçün gözlənilməz olduğunu söyləyib.
Afrikalı forvard 46 yaşlı mütəxəssisin seçiminə belə reaksiya verib: "Yəqin, mənim çıxışım baş məşqçinin qarşıdakı matçlar üçün tələb etdiyi səviyyədə deyil. Amma həqiqətən təklif gözləyirdim. Çünki Cənubi Afrika Respublikası ilə görüş zamanı Akonnorla bu barədə söhbətimiz olmuşdu".
Qeyd edək ki, Kvabena Ovusu bu ilin yanvarından "Qarabağ"da çıxış edir.
Son xəbərlər
22:20
Türkiyədə keçmiş kəşfiyyatçının ölümü ilə bağlı daha dörd nəfər saxlanılıb
Region22:07
Tramp Süni İntellekt Qüvvələrinin yaradıldığını açıqlayıb
Digər ölkələr21:54
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
Region21:46
Paşinyan Putinlə CQDY-nin konsessiyasını müzakirə etmək niyyətindədir
Region21:43
Foto
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
Fərdi21:40
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
Futbol21:38
Riçard Qrenel: Amerikada jurnalistika ölüb
Digər ölkələr21:29
İran və Oman Hörmüzdə təhlükəsiz marşrutla bağlı razılığa gəlib
Region21:14