"Qarabağ"ın futbolçusu zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılıb

Futbol
  • 06 sentyabr, 2024
  • 06:55
Qarabağın futbolçusu zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılıb
Bəhlul Mustafazadə

"Qarabağ" klubunun futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Buna müdafiəçinin zədələnməsi səbəb olub.

Qeyd edək ki, Azərbaycan yığması ötən gün Millətlər Liqasının I turunda Bakıda İsveçə uduzub - 1:3. Milli sentyabrın 8-də səfərdə Slovakiya ilə üz-üzə gələcək.

44 - Tezliklə