"Qarabağ"ın futbolçusu Xankəndidə keçirilən oyunda zədələnib

Futbol
  • 21 dekabr, 2023
  • 10:42
Qarabağın futbolçusu Xankəndidə keçirilən oyunda zədələnib

"Qarabağ"ın futbolçusu Riçard Almeyda zədələnib.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, yarımmüdafiəçi MOİK-ə qarşı keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda xəsarət alıb.

Onun yerinə meydana 39-cu Patrik Andrade daxil olub.

Qeyd edək ki, Xankəndi şəhər stadionunda gerçəkləşən görüşdə hələlik hesab açılmayıb.