“Qarabağ”ın futbolçusu karyerasını İtaliya A Seriyasında davam etdirə bilər

Futbol
  • 24 may, 2018
  • 05:14
“Qarabağ”ın futbolçusu karyerasını İtaliya A Seriyasında davam etdirə bilər

Bakı. 24 may. REPORT.AZ/ “Qarabağ” klubunun futbolçusu Donald Gerrye karyerasını İtaliyada davam etdirə bilər.

“Report” xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçinin özü “Haitisporttotal” portalına bildirib. Haiti yığmasının üzvünün xidmətində İtaliya A Seriyasının adı açıqlanmayan klubu maraqlıdır.

“Avropanın Top-5 liqalarından birində oynaya biləcəyimlə fəxr edirəm”, - D.Gerrye vurğulayıb.

Qeyd edək ki, Donald Gerrye ötən yay “Qarabağ”la iki illik müqavilə bağlayıb. O, Ağdam komandasında 34 oyuna 3 qol, 1 məhsuldar ötürmə müəllifi olub. 

44 filmi