"Qarabağ"ın futbolçusu "Ferents Puşkaş" mükafatına namizəd olub

Futbol
  • 29 noyabr, 2024
  • 06:32
Qarabağın futbolçusu Ferents Puşkaş mükafatına namizəd olub
Yassin Benzia

"Qarabağ"ın və Əlcəzair millisinin futbolçusu Yassin Benzia 2024-cü ilin "Ferents Puşkas" mükafatına namizəd olub.

"Report"un məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi martın 26-da Əlcəzairlə CAR arasında baş tutan beynəlxalq yoldaşlıq matçının 70-ci dəqiqəsində vurduğu baxımlı qola görə FIFA-nın açıqladığı namizədlər siyahısında yer alıb.

Qeyd edək ki, görüş 3:3 hesabı ilə başa çatıb. Y.Benzia qarşılaşmada dubl (22, 70) müəllifi olub.