"Qarabağ"ın futbolçusu Azərbaycan Premyer Liqasında həftənin oyunçusu seçilib

Futbol
  • 06 noyabr, 2018
  • 10:40
Qarabağın futbolçusu Azərbaycan Premyer Liqasında həftənin oyunçusu seçilib

Bakı. 6 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun ən yaxşı futbolçusu müəyyənləşib.

"Report" Peşekar Futbol Liqasının saytına istinadən xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev ən yaxşı futbolçu adına layiq görülüb.

Bolqarıstanlı oyunçu X turda "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub etdikləri matçda ilk qolun müəllifi olub.

Qeyd edək ki, həftənin futbolçusu “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir. Simeon Slavçev X turun rəmzi komandasında da yer alıb. 

44 - Tezliklə