"Qarabağ"ın futbolçusu Albaniya yığmasında növbəti oyununu keçirib

Futbol
  • 30 may, 2016
  • 06:18
Qarabağın futbolçusu Albaniya yığmasında növbəti oyununu keçirib

Bakı. 30 may. REPORT.AZ/ "Qarabağ" klubunun futbolçusu Ansi Aqolli Avropa çempionatına hazırlaşan Albaniya milli komandasının heyətində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, 34 yaşlı müdafiəçi Qətərlə qarşılaşmada 66-cı dəqiqədə meydana daxil olub.

Həmin vaxt onun komandası öndə olub - 3:1. Bu hesab sonadək dəyişməyib.

Qeyd edək ki, Albaniya millisi iyunun 3-də Ukrayna ilə də yoldaşlıq görüşü keçirəcək. Fransaya yollanacaq yekun heyət iyunun 1-dək açıqlanacaq. Albaniya AVRO-2016-da A qrupunda Fransa, Rumıniya və İsveçrə ilə birgə yer alıb.