"Qarabağ"ın "Ferentsvaroş"la Bakıdakı oyununun vaxtı bəlli olub

Futbol
  • 28 iyul, 2022
  • 06:38
Qarabağın Ferentsvaroşla Bakıdakı oyununun vaxtı bəlli olub

"Qarabağ"ın Macarıstan "Ferentsvaroş"una qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununun vaxtı açıqlanıb.

"Report" "köhlən atlar"ın rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq.

Budapeştdəki cavab görüşünə isə avqustun 9-da saat 22:00-da start veriləcək.