"Qarabağ"ın direktoru: "Çempionlar Liqasında qrupa düşə bilmədiyimiz üçün məyusuq"

Futbol
  • 24 avqust, 2022
  • 10:19
Qarabağın direktoru: Çempionlar Liqasında qrupa düşə bilmədiyimiz üçün məyusuq
Emrah Çelikel

"Çempionlar Liqasının qrup mərhələsinə düşə bilmədiyimiz üçün məyusuq. Hətta Bakıda heç-heçə oynayarkən də eyni hissi keçirirdik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın direktoru Emrah Çelikel Çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu haqqında danışarkən deyib.

"Çexiyaya qələbə üçün getmişdik. Nəticənin olmaması bizi üzdü. Əslində buna üzülmək bir tərəfdən sevindiricidir. Çünki komanda pley-offadək irəliləyib və sonda Avropa Liqasının qrupuna düşüb. Bu da "Qarabağ" gəldiyi nöqtədən xəbər verir və hamımızı qürurulandırır", - deyə klub rəsmisi bildirib.

Bununla belə, futbolçularla fəxr etdiklərini deyən Çelikel Avropa Liqasında bacardıqlarını etməyə çalışacaqlarını söyləyib: "Qarabağ"ın adını Çempionlar Liqasında görmək istəyirdik. Avropa Liqasında əlimizdən gələni edəcəyik. Məqsədimiz qrupdan çıxaraq, növbəti mərhələyə adlamaqdır".

44 filmi