"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşib - SİYAHI
- 24 avqust, 2017
- 16:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 avqust. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
"Report"un məlumatına görə, Monakoda təşkil olunmuş təntənəli tədbirdə Azərbaycan tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirində təmsil olunan "Qarabağ"ın da rəqibləri müəyyənləşib.
Ağdam komandası C qrupunda "Çelsi" (İngiltərə), "Atletiko" (İspaniya) və "Roma" (İtaliya) klublarına rəqib olub.
Püşkü İtaliya "Roma"sının əfsanəvi kapitanı Françesko Totti və Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko çəkib.
UEFA-nın Yarışlar üzrə Departamentinin rəhbəri Corco Marketti çıxışında "Qarabağ"ın ilk dəfə Çempionlar Liqasında qrup mərhələsinə yüksəldiyini vurğulayıb.
İlk turun oyunları sentyabrın 12-13-də keçiriləcək. Sonrakı turlar sentyabrın 26-27-də, oktyabrın 17-18-də, 31 oktyabr - 1 noyabrda, noyabrın 21-22-də və dekabrın 5-6-da keçiriləcək.
Qrupların tərkibi:
A qrupu: "Benfika" (Portuqaliya), "Mançester Yunayted" (İngiltərə), "Bazel" (İsveçrə), MOİK (Rusiya)
B qrupu: "Bavariya" (Almaniya), PSJ (Fransa), "Anderlext" (Belçika), "Seltik" (Şotlandiya)
C qrupu: "Çelsi" (İngiltərə), "Atletiko" (İspaniya), "Roma" (İtaliya), "Qarabağ" (AZƏRBAYCAN)
D qrupu: "Yuventus" (İtaliya), "Barselona" (İspaniya), "Olimpiakos" (Yunanıstan), "Sportinq" (Portuqaliya)
E qrupu: "Spartak" (Rusiya), "Sevilya" (İspaniya), "Liverpul" (İngiltərə), "Maribor" (Sloveniya)
F qrupu: "Şaxtyor" (Ukrayna), "Mançester Siti" (İngiltərə), "Napoli" (İtaliya), "Feyenoord" (Hollandiya)
G qrupu: "Monako" (Fransa), "Portu" (Portuqaliya), "Beşiktaş" (Türkiyə), "Leyptsiq" (Almaniya)
H qrupu: "Real Madrid" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Tottenhem" (İngiltərə), APOEL (Kipr)